DÇ-2026 final mərhələsinin oyunları üçün biletlərin qiymətləri AÇIQLANDI
2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək futbol üzrə dünya çempionatının oyunları üçün biletlərin qiymətləri açıqlanıb.
FIFA dörd bilet kateqoriyasını təsdiqləyib.
Final üçün 1-ci kateqoriya biletlərin qiyməti 6 370 dollar, 2-ci kateqoriya biletləri 4 210 dollar, 3-cü kateqoriya biletləri 2 790 dollar, 4-cü kateqoriya biletləri isə 2 030 dollardır.
Qrup mərhələsinin oyunları üçün minimum qiymət 60 dollardır, lakin bu, ev sahibi komandaların iştirak etdiyi matçlara şamil edilmir. ABŞ-nin qrup mərhələsindəki ilk oyununa biletlərin qiyməti 560-2 735 dollar arasında dəyişir.
Dörddəbir final oyunları üçün biletləri 275-1 690 dollar, yarımfinal matçları üçün biletləri 420-2 780 dollar, üçüncü yer uğrunda qarşılaşmanın biletləri isə 165-1 000 dollara almaq mümkün olacaq.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək keçiriləcək. Turnirdə ilk dəfə olaraq 48 komanda iştirak edəcək.
Oxşar xəbərlər
Azərbaycanın taekvondoçuları İsveçrədə "Swiss Open" turnirində iştirak edəcəklər
Azərbaycanın taekvondo üzrə gənclərdən ibarət millisi İsveçrənin Sant Qallen şəhərində keçiriləcək "Swiss Open" beynəlxalq turnirində mübarizə aparacaqlar. Azər...