Çimayev: "Kimsə məni itələsə, 10 qat sərt cavab verərəm"
UFC çempionu Hamzat Çimayev insanlarla ünsiyyət prinsipləri barədə danışıb.
BAKU.WS xəbər verir ki, o, münasibətə qarşılıq prinsipinə əsaslandığını bildirib.
"Əgər kimsə mənim haqqımda pis danışsa, mən də ona 10 dəfə pis cavab verərəm. Kimsə məni itələsə, mən də 10 dəfə sərt cavab verərəm. Amma kim mənə hörmətlə yanaşırsa, mən də ona eyni hörmətlə qarşılıq verirəm", - deyə tanınmış idmançı əlavə edib.
31 yaşlı döyüşçü hazırda UFC-də orta çəkidə (84 kq-a qədər) məğlubiyyətsiz çempion kimi çıxış edir. O, UFC tarixində peşəkar karyerasında məğlubiyyət yaşamadan çempion olan sayılı idmançılardan biridir.
Çimayevin peşəkar rekordunda 15 qələbə var və bunlardan 12-si vaxtından əvvəl başa çatıb. O, 2018-ci ildən etibarən peşəkar səviyyədə çıxış edir.
Oxşar xəbərlər
Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku vəfat edib
Futbol üzrə Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku 80 yaşında ürək tutmasından vəfat edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu...