Çempion olan Ronaldo paylaşım edib
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo komandasının çempionluğundan sonra paylaşım edib.
BAKU.WS xəbər verir ki, portuqaliyalı hücumçu sosial şəbəkə hesabında "Bu uğur bizim üçün çox şey ifadə edir. Yalla, Əl-Nəsr!" sözlərini yazıb.
Xatırladaq ki, "Əl-Nəsr" son turda "Damak"ı 4:1 hesabı ilə məğlub edərək 86 xalla Səudiyyə Ərəbistanı çempionu olub. Ronaldo qarşılaşmada dubla imza atıb. Komandanın digər qollarını Sadio Mane və Kinqsli Koman vurublar.
Qeyd edək ki, Ronaldo 2023-cü ildə kluba transfer olunduqdan sonra ilk dəfə ölkə çempionluğu qazanıb. O, mövsümü 28 qolla başa vuraraq komandasının ən məhsuldar futbolçusu olub.
Oxşar xəbərlər
"İmişli" "Kəpəz"dən ayrılan Fərid Nəbiyevi heyətinə qatdığını açıqlayıb
"İmişli" yeni futbolçu transferini açıqlayıb. BAKU.WS xəbər verir ki, bu barədə klub məlumat yayıb. Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 i...