"Çelsi"nin ulduzu oğurluq şokuyla üzləşib
İngiltərənin "Çelsi" klubunun 30 yaşlı futbolçusu Rahim Sterlinqin Londondakı evinə oğrular girib.
BAKU.WS xəbər verir ki, hadisə barədə məlumatı Thames Valley polis idarəsi təsdiqləyib və araşdırmanın davam etdiyini bildirib.
The Telegraph qəzetinin yazdığına görə, hadisə şənbə axşamı baş verib. Oğrular evə daxil olduqları zaman Sterlinq və övladları evdə olub. Onların evdə olduğunu görən oğrular qorxaraq hadisə yerindən qaçıblar.
Qeyd edək ki, futbolçunun evi 2022-ci ildə də soyulmuşdu. Həmin vaxt o, İngiltərə yığmasının Dünya Çempionatına hazırlıq düşərgəsini yarımçıq tərk etmək məcburiyyətində qalmışdı.
Polis hadisə ilə bağlı genişmiqyaslı istintaq aparır.
Oxşar xəbərlər
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İsraili məğlub edib
Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında növbəti görüşünü keçirib. BAKU.WS xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu komanda İ...