"Çelsi"nin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı

Çelsinin ukraynalı oyunçusu 4 il futboldan kənarlaşdırıldı
İdman 129

Ukrayna millisinin və Londonun "Çelsi" klubunun hücumçusu Mixail Mudrik İngiltərə Futbol Assosiasiyasının qərarı ilə 4 il müddətinə futboldan kənarlaşdırılıb.

BAKU.WS xəbər verir ki, qərar jurnalist Ben Yakobs tərəfindən açıqlanıb.

Bildirilir ki, futbolçu bu qərardan "Court of Arbitration for Sport" (CAS) məhkəməsinə şikayət edib.

Diskvalifikasiyaya səbəb oyunçudan 2024-cü ilin sonunda götürülmüş dopinq nümunəsinin müsbət çıxması olub. Analiz nəticəsində onun orqanizmində qadağan olunmuş maddə – Meldonium aşkarlanıb. Bu səbəbdən İngiltərə Futbol Assosiasiyası maksimum cəza tətbiq edib.

Qeyd olunur ki, futbolçunun apellyasiya şikayəti 2026-cı ilin fevral ayında qeydə alınıb və hazırda tərəflər arasında yazılı arqumentlərin mübadiləsi mərhələsi davam edir. Lozannada keçiriləcək məhkəmə iclasının tarixi isə hələ müəyyənləşdirilməyib.

Xatırladaq ki, Mudrik 2023-cü ilin yanvarında "Şaxtyor" klubundan 70 milyon avro qarşılığında "Çelsi"yə transfer olunmuşdu. Diskvalifikasiyadan əvvəl o, London klubunun heyətində 70 oyuna çıxaraq 10 qol vurub və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi...

30 İdman 23:40 06 avqust 2026

Son xəbərlər