"Çelsi"nin keçmiş futbolçusu saxlanıldı: Ağır ittihamla üzləşdi

Çelsinin keçmiş futbolçusu saxlanıldı: Ağır ittihamla üzləşdi
İdman 49

"Vest Bromviç Albion" və "Çelsi"nin keçmiş müdafiəçisi Nil Klement narkotik vasitələr əldə etməkdə şübhəli bilinərək İspaniyada saxlanılıb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 47 yaşlı sabiq futbolçunun üzərində və yaşadığı məkanda müxtəlif narkotik maddələr və nağd pul aşkar edilib.

O, saxlanıldıqdan sonra hakim qarşısına çıxarılıb və istintaq müddətində girov müqabilində azadlığa buraxılıb. Polis bir kiloqramdan çox qadağan olunmuş maddə müsadirə edib.

Nil Klement 2000-2010-cu illərdə "Vest Bromviç Albion"un şərəfini qoruyub, 295 matçda meydana çıxıb və 24 qol vurub. O, karyerasının əvvəlində "Çelsi"də də çıxış edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

Qurban Qurbanov "Dinamo"ya məğlubiyyəti hava şəraiti ilə əlaqələndirdi

"Danışılası çox şey yoxdur. Rəqibi təbrik edirəm. Cavab qarşılaşmasına hazırlaşmalıyıq". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçi...

30 İdman 23:40 06 avqust 2026

Son xəbərlər