Cəbrayıl Hacıyev güləş üzrə dünya çempionu olub
30
iyl
2019
22:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Hacıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmələr arasında dünya çempionatında qızıl medal qazanıb.BAKU.WS-in məlumatına görə, 65 kq çəki dərəcəsində yer alan Hacıyev debütdə türkiyəli rəqibini çətinlik çəkmədən məğlub edib.Ötən həftə Bakıda keçirilmiş Avropa Gənclər Yay Olimpiya Oyunlarının (EYOF) qalibi daha sonra iranlı pəhləvanla qarşılaşmadan qalib ayrılıb. Yaponiyalı güləşçini də yolundan kənarlaşdıran Hacıyev yarımfinala vəsiqə qazanıb.Finalın bir addımlığında onun rəqibi Gürcüstan təmsilçisi olub. EYOF-da tam üstünlüklə qalib gəldiyi rəqibin ciddi müqaviməti ilə üzləşən yığma üzvü hesabda 2:6 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək son saniyələrdə icra etdiyi uğurlu fəndlərlə adını finala yazdırmağı bacarıb. Hacıyev həlledici qarşılaşmada EYOF-un finalında məğlub etdiyi Rusiya idmançısı ilə qarşılaşıb və Bakıdakı ssenari təkrarlanıb. Yenə hesabda geri düşən azərbaycanlı pəhləvan əzmkar qələbə qazanaraq dünya çempionu olub.Digər sərbəst güləşçilərdən Cavid Cavadov (48 kq) bürünc medal uğrunda görüşdə hindistanlı rəqibinə yenilərək 5-ci yerlə kifayətlənib.Zirəddin Bayramov (55 k1) 1/4 finalda qitə birinciliyinin yarımfinalında məğlub olduğu Türkiyə güləşçisi Muhammet Karavusa növbəti dəfə uduzaraq, çıxışlarını başa vurub.Fərid Cabbarov (80 kq) ilk görüşdə amerikalı, Hamlet Nəsibli (110 kq) ukraynalı rəqibinə uduzaraq, mübarizəni dayandırıb.Dünya çempionatı48 kq1/8 final. Cavid Cavadov - Dalqat Abdulkadırov (RUS) 6:3 (tuşe)1/4 final. Cavid Cavadov - Kamronbek Kadamov (UZB) 4:8Təsəlliverici görüş. Cavid Cavadov - Otqonbaatar Boldbaatar (MGL) 9:7Bürünc medal görüşü. Cavid Cavadov - Udit Udit (İND) 2:1155 kqTəsnifat. Zirəddin Bayramov - İvan Xramika (BLR) 10:01/8 final. Zirəddin Bayramov - Simone Vinçentso Piroddu (İTA) 10:01/4 final. Zirəddin Bayramov - Muhammet Karavus (TUR) 2:465 kqTəsnifat. Cəbrayıl Hacıyev - Mikayıl Topal (TUR) 11:51/8 final. Cəbrayıl Hacıyev - Əmir Hüseyn Rza Motaqi (İRİ) 4:31/4 final. Cəbrayıl Hacıyev - Ryosuke Kera (JPN) 6:41/2 final. Cəbrayıl Hacıyev - Davit Patsinaşvili (GEO) *7:7FİNAL. Cəbrayıl Hacıyev - Batirbek Tsxovrebov (RUS) 6:480 kqTəsnifat. Fərid Cabbarov - Klayton Edqar Ulrey (USA) 4:4*110 kq1/8 final. Hamlet Nəsibli - David Mçelidze (UKR) 0:2
Qalereya
Oxşar xəbərlər
EYOF: Cüdoçularımız ilk günü bir qızıl, iki bürünc medalla başa vurub
Azərbaycan cüdoçusu Turan Bayramov Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşünü keçirib.BAKU.WS-in məlumatına görə, 60 kq...