Böyükağa Hacıyev ikinci dəfə əməliyyat olunacaq
07
fev
2018
23:49
Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin səhhətində problem yaranıb.BAKU.WS bildirir ki, apasport.az-a bu barədə təcrübəli mütəxəssisin ailə üzvləri məlumat veriblər. Bildirilib ki, Hacıyev ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib. İnfarkt keçirdiyi məlum olan 59 yaşlı mütəxəssis təcili əməliyyata alınıb. Onun ürəyinə stend qoyulub.Həkimlərin rəyinə əsasən bir neçə saat sonra növbəti - açıq ürək əməliyyatı olacaq.Qeyd edək ki, Böyükağa Hacıyev "Bakı" və "Neftçi" klublarında çalışıb və hər iki komanda ilə ölkə çempionluğu qazanıb. O, həmçinin "Neftçi"ni Azərbaycanda ilk dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldib.BAKU.WS
Oxşar xəbərlər
Xalq artisti Böyükağa Məmmədov vəfat edib
Xalq artisti, rəqqas Böyükağa Məmmədov dünyasını dəyişib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, B. Məmmədov bu gün uzun sürən xəstəlikdən sonra 90 yaşında və...