Əməliyyata içkili girdiyi deyilən həkim məhkəməyə müraciət etdi (VİDEO)
"Bakı Sağlamlıq Mərkəzinin həkimi Elçin Əzizov bir necə gün bundan əvvəl onun içkili olması və bu səbəbdən də atası 67 yaşlı Vladimir Zotovun ölümünə səbəb olması barədə məlumat yayan şəxsi - V.Zotovun övladı İrina Zotovanı məhkəməyə verib".
BAKU.WS bildirir ki, bunu Trend-ə Bakı Sağlamlıq Mərkəzinin direktoru Hikmət Həsənov deyib.
Onun sözlərinə görə, İ.Zotova E.Əzizovun içkili vəziyyətdə olduğunu, bu səbəbdən də onun atasını müayinə edə bilmədiyini bildirib. E.Əzizov ona edilən bu şər və böhtana görə İ.Zotovadan təzminat istəyir.
E.Əzizovun çox yaxşı cərrah olduğunu söyləyən H.Hacıyev həmin hadisə ilə onun nüfuzuna ciddi xələl gəldiyini söyləyib.
Xatırladaq ki, avqustun 19-da təcili-tibbi yardım maşını ilə xəstəxanaya daxil olan V.Zotova görə həkim E.Əzizova zəng edilib və ondan ağır vəziyyətdə olan xəstəyə görə evindən mərkəzə gəlməsi xahiş edilib. E.Əzizov Şüvəlandan öz avtomobili ilə mərkəzə 25 dəqiqəyə gəlib.
H.Hacıyev bildirib ki, əgər E.Əzizov içkili olsaydı, avtomobilini idarə edə bilməzdi: "Xəstənin yaxınlarının bu barədə söylədiklərinin hamısı yalandır. Elçin Əzizov çox səriştəli həkimdir. V.Zotov 2 dəfə infarkt olub. Bunun fəsadı olaraq, onun bağırsağında tromboz (bağırsaq "infarktı") yaranıb. Təcili yardım xidməti çağırılanda da onun şikayəti ürəyindən olub. Lakin sonradan onun qarnında ağrılar, yəni tromboz başlayıb. Mərkəzdə xəstənin laporoskopik müayinəsi aparılıb və dəqiqləşdirilib ki, onun bağırsağında tromboz var. Xəstə üçün səhər saat 11-dək bütün reanimasiya tədbirləri görülüb. Lakin buna baxmayaraq, o, dünyasını dəyişib. Onun ölümü də gözlənilən idi. Çünki bu diaqnoz 100 faiz ölümə səbəb olur".
Qeyd edək ki, mərhumun övladı atasını müayinə edən həkimin içkili olduğunu, bu səbəbdən atasını müayinə edə bilmədiyini iddia edir.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda küçədən kişi meyiti tapıldı
Bakıda küçədən meyit tapılıb. BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, X.Məmmədov küçəsi, ev 38-in qarşısında baş verib. Gəncə şəhər sak...