Bakıda 60 yaşlı kişini don vuraraq öldürüb
Bakıda ruhi əsəb dispanserində müalicə alan 60 yaşlı kişini küçədə don vurub.
BAKU.WS report-a istinadən xəbər verir ki, 1957-ci il təvəllüdlü Hacıyev Vilayət Səxavət oğlu don vurmuş vəziyyətdə Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserinə aparılıb. Daha sonra 3 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirilib.
Həkimlərin səylərinə baxmayaq, onun həyatını xilas etmək mümkün olmayıb.
V.Hacıyevin meyidi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Maştağa qəsəbəsində yerləşən 1 saylı Ruhi Əsəb Dispanserindən "Report"a bildirilib ki, V.Hacıyev orada qeydiyyatda olsa da, daimi qalmayıb: "Sadəcə xəstəxanaya tez-tez gəlib-gedirdi".
Oxşar xəbərlər
Bakıda anasının başını kəsərək yandıran şəxs xəstəxanada öldü
Bakıda 6 il əvvəl anasını başını kəsərək qətlə yetirən və yandıran şəxs xəstəxanada ölüb. "Report"un xəbərinə görə, ölüm hadisəsi 1 nömrəli Respublika Psixiatr...