Bolqarıstanda klub prezidenti evinin qarşısında güllələndi
Bolqarıstanın Plovdiv şəhərində yerli "Botev" futbol klubunun prezidenti İliyan Filipov qətlə yetirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Bolqarıstanın "Nova" telekanalı məlumat yayıb.
Hadisə biznesmenin yaşadığı evin yaxınlığında baş verib.
Məlumata əsasən, naməlum şəxs Filipova yaxınlaşaraq onun baş nahiyəsinə bir dəfə atəş açıb. Klub rəhbəri aldığı güllə yarasından həyatını itirib.
Hazırda polis cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışını davam etdirir. Hüquq-mühafizə orqanları həmçinin hadisənin şahidlərini müəyyənləşdirməyə çalışır.
Polis Plovdiv şəhərindən çıxış yollarında postlar qurub. Ərazidən çıxan şübhəli avtomobillər saxlanılaraq ətraflı yoxlanılır.
İliyan Filipov ötən ilin iyun ayında "Botev" klubunun prezidenti təyin olunub. O, eyni zamanda tikinti və nəqliyyat şirkətlərinin sahibi olub.
"Botev" Bolqarıstanın yüksək liqasında mübarizə aparır. Komanda çempionatın 10 turundan sonra turnir cədvəlində 9-cu pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Okan Burukdan Batrakovla bağlı gözlənilməz qərar
Türkiyənin "Qalatasaray" klubunda çıxış edən rusiyalı yarımmüdafiəçi Aleksey Batrakovun hücumdakı mövqeyinin dəyişdirilməsi gündəmdədir. BAKU.WS xəbər verir ki,...