BMX üzrə dünya çempionatının təsnifat yürüşləri təxirə salınıb

BMX üzrə dünya çempionatının təsnifat yürüşləri təxirə salınıb
İdman 925
Küləkli hava şəraiti ilə əlaqədar BMX üzrə dünya çempionatında gənclər və Elit kateqoriyasının bu gün saat 20:40-da başlamalı olan təsnifat yürüşləri təxirə salınıb.Velosiped İdmanı Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, bu səbəbdən iyunun 9-da yarış proqramında müəyyən dəyişikliklər edilib.Yeni yarış cədvəlinə əsasən, iyunun 9-u, saat 18:00-da dünya çempionatının keçici bayrağı 2019-cu ildə yarışı qəbul edəcək Belçika nümayəndələrinə təqdim ediləcək. Saat 18:10-dan 20:30-dək təsnifat yürüşləri keçiriləcək. 20 dəqiqəlik fasilədən sonra saat 20:50-də final mərhələsi başlayacaq. Həlledici yürüşlər saat 23:10-da bitəcək və bundan sonra dünya çempionatının qaliblərinin mükafatlandırma mərasimi həyata keçiriləcək.BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər