Prezident nazirlərə yeni tapşırıq verdi - SƏRƏNCAM

Prezident nazirlərə yeni tapşırıq verdi - SƏRƏNCAM
İdman 3987
Prezident İlham Əliyev velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.BAKU.WS xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci il 5-9 iyun tarixində Bakı şəhərində keçirilməsinə dair qərarı Azərbaycan Respublikasının idman siyasətinin daha bir qələbəsi və beynəlxalq federasiyalar tərəfindən ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə olunan nailiyyətlərə verilən növbəti yüksək qiymətdir.Respublikamızın son illər ərzində artan potensialı nəticəsində beynəlxalq səviyyəli tədbirlərin, xüsusilə ilk Avropa Oyunlarının və Ümumdünya Şahmat Olimpiadasının, voleybol üzrə qadınlar arasında Avropa çempionatının, "Tour d’Azerbaidjan” beynəlxalq velosiped yarışının, o cümlədən bir çox idman növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının təşkilinin ənənəvi hal alması bu dünya çempionatının da yüksək səviyyədə keçiriləcəyinə inam yaradır. Velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsi Azərbaycanın dünya idman aləmində yerinin daha da möhkəmlənməsinə şərait yaradacaq.Dövlət başçısı 2018-ci ildə velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıb ki, velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının 2018-ci ilin iyun ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın.Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müaviniTəşkilat Komitəsinin üzvləriHacıbala Abutalıbov – Bakı şəhər İcra Hakimiyyətinin başçısıYusuf Məmmədəliyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiriAzad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidentiFazil Məmmədov – Azərbaycan Respublikasının vergilər naziri, Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidentiElmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziriRamil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziriKəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziriSamir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziriRamin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziriƏbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziriOqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziriMikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziriAydın Əliyev – Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədriMədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisiFirudin Nəbiyev – Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisiElçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisiCahangir Əsgərov – "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidentiBalababa Rzayev – "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədriÇingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti.Bu sərəncamla yaradılan Təşkilat Komitəsi 2018-ci il 5-9 iyun tarixində velosiped idmanının "BMX Racing” növü üzrə dünya çempionatının Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.BAKU.WS

Oxşar xəbərlər

İcra başçısı azərbaycanlı güləşçiyə ev verdi

İcra başçısı azərbaycanlı güləşçiyə ev verdi

Üçqat Dünya çempionu, Olimpiya Oyunlarının bürünc medalçısı, Abşeron güləş məktəbinin yetirməsi Hacı Əliyevə mükafat olaraq yeni mənzilin orderi təqdim edilib.B...

7029 İdman 16:55 03 noyabr 2017

Son xəbərlər