Beş dünya çempionatında qol vurmuş Ronaldu tarixə düşüb
24
noy
2022
22:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu ardıcıl 5-ci dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb.
BAKU.WS “report”a istinadən xəbər verir ki, o buna Qana ilə dünya çempionatının 1-ci turunun matçında penaltini dəqiq yerinə yetirməklə nail olub.
Daha əvvəl hücumçu 2006, 2010, 2014 və 2018-ci illər keçirilmiş dünya çempionatlarında qol vurmağı bacarıb.
Qeyd edək ki, DÇ-2022-nin H qrupunda keçirilən Portuqaliya - Qana matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar xəbərlər
DÇ-2022: Portuqaliya Qanaya qalib gəlib - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında Portuqaliya və Qana yığmaları arasında H qrupunun ilk tur oyunu başa çatıb. Qarşılaşma Portuqaliyanın 3:2 hesablı qələbəsi...