"Benfika"ya transfer olunan Kerem Aktürkoğlu eyni anda 7 kluba pul qazandıracaq
"Qalatasaray"dan 12 milyon avroya "Benfika"ya transfer olunan Kerem Aktürkoğlu eyni anda 7 kluba pul qazandıracaq.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Budur təfərrüatlar...
Belə ki, futbolçu 12 milyon avroluq transfer və sonrakı satışlardan yüzdə 10 pay qarşılığında Portuqaliya nəhəngi "Benfika" ilə 5 illik müqavilə imzalayıb.
Kərəmin transferindən əldə edilən gəlirin əsas payı "Qalatasaray"a aid olsa da, onun "Benfika"ya keçidindən sarı-qırmızılı komandalardan başqa daha 6 klub pul qazanacaq.
Türkiyədə "məşq haqqı" kimi tanınan, lakin FİFA-nın "Oyunçuların Statusu və Transfer Təlimatları"nda yazıldığı kimi "həmrəylik haqqı" olaraq adlandırılan ödəniş oyunçunun 12-23 yaş arasında oynadığı komandalarına töhfə verir.
Oyunçu üçün müəyyən edilmiş müqaviləyə xitam haqqının 5%-i satan klub tərəfindən tutulur və FİFA-ya göndərilir. FİFA bu qonorarı futbolçunun keçmiş komandalarına və oynadığı vaxtdakı yaşına görə bölüşdürür.
"Transfermarkt"ın apardığı hesablamaya görə, Kerem Aktürkoğlundan həmrəylik haqqı qazanacaq klublar:
"Qalatasaray": 120 min avro
"24 Erzincanspor": 60 min Avro
"Karacabey Belediye İdman": 60 min Avro
"Başakşehir": 180 min Avro
"Bodrum FK": 60 min avro
"Hisareynspor Gənclik": 30 min Avro
"Gölcükspor": 90 min avro
Oxşar xəbərlər
UEFA Konfrans Liqası: "Qarabağ"la oyun üçün Bakıya "Tvente"nin 150-dək azarkeşi gələcək
UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Tvente" (Niderland) cavab qarşılaşması üçün Bakıya 150-dək azarkeş gətirəcək. Bu barədə "...