Bellinqem "Real"ı 90+9-da xilas etdi

Bellinqem Realı 90+9-da xilas etdi
İdman 1

Madridin "Real" klubunun ingilis futbolçusu Cud Bellinqem Primeronun son turunda autsayder "Almeria"nın qapısından bir qol keçirərək daha bir məhsuldar ötürməyə imza atıb.

BAKU.WS-in məlumatına görə, 20 yaşlı futbolçu 57-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı 1:2 edib. Cud 90+9-cu dəqiqədə isə Dani Karvaxala məhsuldar ötürmə verərək "Real"ın rəqibini 3:2 hesablı qələbəsində həlledici paya sahib olub.

Bununla Bellinqem "Kral klubu"nun heyətində çıxdığı 26 oyunda 18-ci qoluna və 8-ci məhsuldar ötürməsinə imza atmış olub. O, La Liqada "Jirona"nın ukraynalı hücumçusu Artyom Dovbik kimi 14 qola imza ataraq bombardirlər yarışına başçılıq edir.

Qeyd edək ki, Cud Bellinqem Globe Soccer Awards-ın versiyasına görə 2023-cü ilin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.

Son xəbərlər