“Barselona” “Real”ı darmadağın etdi - VİDEO

“Barselona” “Real”ı darmadağın etdi - VİDEO
Video
İdman 2803
İspaniya Kubokunun yarımfinalında “Barselona” səfərdə Madrid “Real”ını 3:0 hesabı ilə darmadağın edərək (iki oyununun nəticəsinə görə 4:1) turnirin finalına çıxıb.BAKU.WS-in məlumatına görə, ilk hissə kral klubunun üstünlüyü ilə keçib. Kərim Benzema və Vinisius Junior qol vəziyyətlərindən istifadə edə bilməyiblər.İkinci hissənin əvvəllərində “Barselona” hesabı açıb. Matçın 50-ci dəqiqəsində Usman Dembelenin ötürməsindən sonra Luis Suarez adını tabloya yazdırıb.Qarşılaşmanın 69-cu dəqiqəsində “Real”ın müdafiəçisi Rafael Varan topu öz qapısına göndərərək hesab arasındakı fərqi artırıb. Bir neçə dəqiqə sonra isə Suarez özü qazandığı penaltini dəqiq yerinə yetirib (73-cü dəqiqə).İspaniya Kubokunun finalında “Barselona”nın rəqibi “Betis”-“Valensiya” cütlüyünün qalibi olacaq. Bu komandalar arasında ilk oyun 2:2 hesabı ilə başa çatıb.BAKU.WS

Oxşar xəbərlər

UEFA 2018-ci ilin rəmzi komandasını açıqlayıb

UEFA 2018-ci ilin rəmzi komandasını açıqlayıb

UEFA 2018-ci ilin rəmzi futbol komandasını açıqlayıb.BAKU.WS qurumun rəsmi saytına istinadla xəbər verir ki, azarkeşlər arasında bir ay aparılan səsvermə nəticə...

695 İdman 20:31 11 yanvar 2019

Son xəbərlər