Bakıdakı Dünya Kuboku yarımçıq dayandırıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı rəhbər tutularaq, 14 və 15 mart tarixlərində keçirilməsi planlaşdırılan idman gimnastikası üzrə Dünya Kuboku yarışlarının final mərhələləri ləğv olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası (AFG) məlumat yayıb.
Bildirilir ki, federasiyanın bu qərarı dünyada yayılmış koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlıdır.
Oxşar xəbərlər
AFFA bütün liqalarda oyunları təxirə saldı
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatına əsasən, koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisind...