Bakıda qadın voleybolçular arasında Avropa çempionatının açılış mərasimi keçirilib
Bu gün Bakıda startı veriləcək qadın voleybolçular arasında Avropa çempionatının C qrupunun oyunları ilə bağlı açılış mərasimi keçirilib.
BAKU.WS xəbər verir ki, Milli Gimnastika Arenasındakı mərasim şou proqramla başlayıb.
Daha sonra bu gün, saat 19:00-da başlayacaq açılış matçında qarşılaşacaq Azərbaycan və Portuqaliyanın bayraqları meydançaya gətirilib, ardınca hər iki ölkənin himnləri səsləndirilib.
Bakıdakı oyunlar avqustun 28-nə qədər Milli Gimnastika Arenasında təşkil olunacaq. Sentyabrın 6-na qədər davam edəcək AVRO-2026 Azərbaycan, Türkiyə, İsveç və Çexiyanın ev sahibliyi ilə keçirilir.
Faiq Qarayevin baş məşqçi olduğu Azərbaycan komandası C qrupunda Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə mübarizə aparacaq. Reqlamentə əsasən, qruplarda ilk 4 yeri tutan komandalar pley-offa yüksələcək.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....