Bakıda IV "Qələbə qaçışı" keçirilib
03
noy
2024
12:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda Dənizkənarı Milli Parkda IV "Qələbə qaçışı" keçirilib.
Oxu.Az xəbər verir ki, marafonda Gənclər və İdman Naziri Fərid Qayıbov və nazirliyin əməkdaşları iştirak ediblər.
Həmçinin marafonçular arasında müxtəlif idman təşkilatlarının, nazirliklərin əməkdaşları, ictimaiyyətin tanınmış simaları da yer alıblar.
Uzun məsafə üzrə qaçış idmançısı Abışov Elmar finişə birinci çatıb.
Qeyd edək ki, 10 kilometrlik marafonun start və finiş xətti eyni nöqtə - "Yeddi gözəl" fəvvarəsi olub.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...