Bakıdakı Formula-1-in xərclərini kim ödəyir?

Bakıdakı Formula-1-in xərclərini kim ödəyir?
İdman 1300
Gənclər və idman naziri Azad Rəhimov Formula-1 yarışlarına Azərbaycanın nə qədər pul xərclədiyini açıqlayıb.BAKU.WS-in məlumatına görə, nazir bildirib ki, Azərbaycan paytaxtımızda keçirilən Qran Prinin keçirilməsi üçün sərf olunan ümumi xərcin 80 faizini ödəyir.Onun sözlərinə görə, mərhələ yarışları zamanı turistlərin sayı 30 faiz artır."Əsas gəlir bilet satışından əldə olunur. Bizim reklam üçün nəzərdə tutulan yerlərimiz olmadığından, sponsorları cəlb edə bilmirik. Bütün hüquqlar "Formula 1" rəhbərliyinə aiddir", - deyə nazir bildirib.Nazir deyib ki, ötən illə müqayaisədə bilet satışı da 30 faiz artıb.Qeyd edək ki, bu il Azərbaycanın Qran Prisi aprelin 27-dən 29-dək keçiriləcək.BAKU.WS

Son xəbərlər