Azərbaycanlı məşqçilər Hindistandan qovuldular

Azərbaycanlı məşqçilər Hindistandan qovuldular
İdman 2293

Futbol üzrə Azərbaycanın gənclərdən ibarət yığma komandasının keçmiş məşqçiləri Nikolay Adam və onun köməkçisi Etibar İbrahimov Hindistan yığmasından qovulublar.

BAKU.WS AzNews.az saytına istinadən xəbər verir ki, 2015-ci ildə Azərbaycanı tərk edərək, Hindistanın gənclər ibarət milli komandasını çalışdırmaq üçün bu ölkəyə köçən Adam və köməkçisi İbrahimov futbolçuları döyməkdə ittiham olunurlar. Hindistan Futbol Federasiyası tərəflərin qarşılıqlı anlaşma yolu ilə ayrıldığını bəyan edib. Hətta Adama 4 milyon rupi (60 min dollar) məbləğində kompensasiya da verilib. (4 aylıq əmək haqqı)

Belə ki, ötən ay yığma komandanın 21 üzvü Hindistan Futbol Federasiyasına məktub yazaraq hər iki şəxsin onlara fiziki və psixoloji təzyiq göstərdiklərini bəyan edib. Futbolçular onları mütəmadi döyən bu şəxslərin rəhbərliyi altına məşq etməyəcəklərini bəyan ediblər.

Hindistanın gənclərdən ibarət futbol yığma komandası Adamın rəhbərliyi altında 26 matç keçirib, onların yalnız dördündə qalib gəlib.

BAKU.WS

Oxşar xəbərlər

Dünyanın ən qəribə ölkəsi: burada hər şey gerçəkdir (FOTO)

Dünyanın ən qəribə ölkəsi: burada hər şey gerçəkdir (FOTO)

Dünyanın ən maraqlı ölkəsi olan Hindistandan maraqlı mənzərələr böyük maraq yaradır. BAKU.WS-in məlumatına görə, bir-birindən fərqli mədəniyyətləri olan Hindis...

2236 Şou-biznes 16:35 20 dekabr 2016

Son xəbərlər