Azərbaycanlı milyonçu qərar verdi: “Xəzər Lənkəran” klubu bağlandı

Azərbaycanlı milyonçu qərar verdi: “Xəzər Lənkəran” klubu bağlandı
İdman 2043

 

"Xəzər Lənkəran” Futbol Klubu fəaliyyətini dayandırıb.

BAKU.WS-in məlumatına görə, bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilmiş iclasda qərar qəbul olunub. 

İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunmuş, hər bir fəaliyyət istiqaməti hazırda mövcüd olan reallıqlara uyğun olaraq qiymətləndirilmişdir.

İclasın yekununda qərara alınmışdır ki, "Xəzər Lənkəran” Futbol Klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün "Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılmışdır.

Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. "Xəzər Lənkəran” FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır.

BAKU.WS

Oxşar xəbərlər

“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

“Şuşa-Qarabağ” Futbol klubu qayıdır

"Şuşa-Qarabağ” Peşəkar Futbol klubunun yeni prezidenti seçildi. 23 may 2016-cı ildə keçirilən iclasda Azərbaycanın ” Şuşa-Qarabağ” futbol klubu yeni prezidentin...

1846 İdman 00:18 25 may 2016

Son xəbərlər