Azərbaycan milli komandasının baş məşqçisi ilə əməkdaşlığa son verildi
16
avq
2017
16:00
Qadın güləşçilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Semyon Çterevlə əməkdaşlığa son verilib.Azərbaycan Güləş Federasiyasından (AGF) BAKU.WS-ə verilən məlumata görə, müqavilə müddəti başa çatan bolqarıstanlı mütəxəssis yola salınıb.Bu səbəbdən gələn həftə Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına yığma üzvləri baş məşqçisiz yollanacaqlar. Komandaya böyük məşqçi Aslan Ağayevlə məşqçi Rövşən Umudov rəhbərlik edəcək.Qeyd edək ki, Semyon Çterev 2016-cı ilin noyabrından qadın güləşi üzrə yığmaya rəhbərlik edirdi.BAKU.WS
Oxşar xəbərlər
Dünya çempionatına gedəcək güləşçilərimizin ADLARI AÇIQLANDI - RƏSMİ
Avqustun 21-dən 26-dək Fransanın paytaxtı Paris şəhərində güləş üzrə dünya çempionatı keçiriləcək. Azərbaycan Güləş Federasiyasından BAKU.WS-ə verilən məlumata...