Azərbaycan cüdoçusu dünya ikincisi oldu

Azərbaycan cüdoçusu dünya ikincisi oldu
İdman 1291
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib. BAKU.WS apasport.az saytına istinadən xəbər verir ki, idmançılarımız mundialın ilk günündə yığmamızın medal hesabını açıb. Millimizin 60 kq çəki dərəcəsindəki lideri Orxan Səfərov mundiala 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Həmyerlimizə qələbə üçün 49 saniyə kifayət edib.1/8 finalda portuqaliyalı Qonsalo Mansinyo ilə görüşən Orxan rəqibini 30 saniyəyə məğlub edib. Yarımfinala vəsiqə uğrunda döyüşdə 26 yaşlı Səfərov Eldost Smetovla (Qazaxıstan) üz-üzə gəlib. Olimpiya Oyunlarının gümüş mükafatçısı da təmsilçimiz qarşısında aciz qalıb. Orxan bu dəfə də vaxtından əvvəl qələbə qazanıb və Rio-2016-nın yarımfinalındakı məğlubiyyətin revanşını alıb.Dünya və Avropa çempionatlarının mükafatçısı olan təmsilçimiz yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Cüdoçumuz bu dəfə də ipponla qələbə qazanıb. 2 dəqiqə 10 saniyəyə finala yüksələn təmsilçimiz yığmamızın ilk medalını təmin edib.Orxanın həlledici qarşılaşmada rəqibi Naohişa Takato olub. Rio-2016-da bürünc uğrunda döyüşdə uduzduğu asiyalıdan revanş almağa çalışan Orxan bunun öhdəsindən gəlməyib. İpponla uduzan Səfərov mundialı gümüş mükafatla bitirib.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanın 4 cüdoçusu finala yüksəldi

Azərbaycanın 4 cüdoçusu finala yüksəldi

Mayın 14-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarının ikinci günündə Azərbaycanın dörd nümayəndəsi qızıl...

1717 İdman 13:16 14 may 2017

Son xəbərlər