Azərbaycanlı hakim məşhur derbidə qolu ləğv etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanlı hakimlərin təyinat aldığı “Panatinaikos” – PAOK qarşılaşmasında ev sahibləri 2:0 hesablı qələbə qazanıb.
BAKU.WS xəbər verir ki, matçın ilk hissəsində "Panatinaikos" klubu fərqlənsə də, oyunu idarə edən hakim Əliyar Ağayev VAR sisteminin müdaxiləsindən sonra qolu ləğv edib.
Qarşılaşma ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 45-ci dəqiqədə Federico Macheda və 56-cı dəqiqədə isə Anastasios Chatzigiovannis komandalarının qələbə qolunu vurublar.
Qeyd edək ki, Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçirilən “Panatinaikos” – PAOK oyununu idarə ediblər. Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək ediblər.
Oxşar xəbərlər
Əliyar Ağayev yunan derbisini idarə edəcək
Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb. BAKU.WS xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb. Yun...