Azərbaycanlı hakim UEFA Avropa Liqasında: türk klubunun matçını idarə edəcək
18
okt
2016
13:30
UEFA Avropa Liqasının H qrupunda oktyabrın 20-də Konya Büyükşehir Belediyesi Stadionunda keçiriləcək "Konyaspor” (Türkiyə) – "Braqa” (Portuqaliya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
BAKU.WS-in AFFA-ya istinadla verdiyi məlumata görə, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov, əlavə köməkçi hakimlər Rəhim Həsənov və Orxan Məmmədov olacaq. Dördünca hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
UEFA prezidenti "Qəbələ"nin oyununu izləyəcək
UEFA prezidenti Aleksandr Çeferin sabah "Bakcell Arena"da olacaq. BAKU.WS-in AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, A.Çeferin Avropa Liqasını...