Əliyar Ağayev yunan derbisini idarə edəcək

Əliyar Ağayev yunan derbisini idarə edəcək
İdman 565

Azərbaycanlı hakimlər növbəti dəfə digər ölkənin yüksək liqasının vacib oyununa təyinat alıb.

BAKU.WS xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Yunanıstan Futbol Federasiyasının dəvətinə əsasən, FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası Yunanıstan Super Liqasının 22-ci turu çərçivəsində fevralın 2-də keçiriləcək “Panatinaikos” – PAOK oyununu idarə edəcək.

Əliyar Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər