“Sevilya” – “Qarabağ” oyununu hərbi pilot idarə edəcək - FOTO

“Sevilya” – “Qarabağ” oyununu hərbi pilot idarə edəcək - FOTO
Foto
İdman 432

Avropa Liqasının V turunda “Sevilya” - “Qarabağ” matçını isveçli hakimlər briqadası idarə edəcək.

BAKU.WS xəbər verir ki, noyabrın 28-də Əndəlusda keçiriləcək qarşılaşmanın baş hakimi əslən iraqlı olan Məhəmməd Əl-Hakim olacaq.

Əl-Hakim buna qədər bir çox rəsmi oyunlara təyinat alıb və Avropada tanınmış hakimlərdən sayılır.

Məhəmməd əl-Hakim 15 aprel 1985-ci ildə İraqın Nəcəf şəhərində anadan olub. O, 8 yaşında İsveçə köçüb. Futbol hakimi olmaqla yanaşı, hərbi pilot, İsveç Hərbi Hava Qüvvələrinin zabitidir.

Hakim karyerasına 2008-ci ildə başlayıb, 2012-ci ildən İsveç çempionatının oyunlarına hakimlik edib. 2015-ci ildə FİFA hakimi olub. AVRO-2020-nin seçmə mərhələsində Rusiya və San Marino komandaları arasında matçı da idarə edib.

Son xəbərlər