Azərbaycanlı hakim Konfrans Liqasının oyununu idarə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın FIFA referisi Kamal Umudlu təyinat alıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb.
Bildirilib ki, K.Umudlu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Dinamo Siti" (Albaniya) - "Aluminiy" (Sloveniya) qarşılaşmasının baş hakimi olacaq.
Ona Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.
Belə ki, iyulun 30-da Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.
Oxşar xəbərlər
Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı
Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Əliyar Ağay...