Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında

Azərbaycanın qadın güləşçisi Avropa çempionatının finalında
İdman 351

Azərbaycanın qadın güləşçisi Elis Manolova İtaliyada keçirilən Avropa çempionatında finala yüksəlib.

Güləş Federasiyasının məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı yarımfinal mərhələsində rusiyalı Mariya Kuznetsovaya 7:3 hesabı ilə qalib gələrək həlledici görüşə vəsiqə qazanıb.

Onun finaldakı rəqibi Mimi Nikolova Xristova (Bolqarıstan) olacaq.

Tatyana Omelçenko isə finala çıxmaq şansından yararlana bilməyib. Ukrayna təmsilçisi Yuliya Tkaça uduzan güləşçi sabah bürünc medal uğrunda Belarus idmançısı Veranika İvanova ilə qarşılaşacaq.

Bu gün mübarizəyə qoşulan digər iki Azərbaycan güləşçisi Tatyana Varantsova (53 kq) və Alyona Kolesnikin (57) uduzduqları rəqiblər finala çıxdıqlarından onlar bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ qazanıblar.

Qeyd edək ki, medal görüşləri sabah keçiriləcək.

Avropa çempionatı

53 kq

Təsnifat. Tatyana Varansova - Marina Rueda Flores (İspaniya) - 8:5

1/8 final. Tatyana Varansova - Cesika Korneliya Blaşka (Niderland) - 0:10

57 kq

1/4 final. Alyona Kolesnik - Qreys Cekob Bullen (Norveç) - 0:5 (tuşe)

62 kq

Təsnifat. Tatyana Omelçenko - Aurora Kampaqna (İtaliya) - 3:0

1/4 final. Tatyana Omelçenko - Marianna Sastin (Macarıstan) - 5:3

1/2 final. Tatyana Omelçenko - Yuliya Tkaç (Ukrayna) - 0:4

Bürünc medal görüşü. Tatyana Omelçenko - Veranika İvanova (Belarus)

Oxşar xəbərlər

Son xəbərlər