Azərbaycanın daha iki taekvondoçusu Türkiyədə qızıl medal qazanıb
14
fev
2025
23:47
Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən G-2 kateqoriyalı Türkiyə Açıq beynəlxalq turnirində (Turkish Open) medallar qazanıblar.
"Report" xəbər verir ki, oğlanlar arasında çıxış edən yığma üzvləri, Mehdi Budaqlı (45 kq) və Ziya Həsənli (63 kq) qızıl, Fuad Məhərrəmli (59 kq) gümüş, Yunis Hüseynov (73 kq) və Allahverdi Məmmədov (+78 kq) isə bürünc medallara sahib çıxıblar.
Qeyd edək ki, dünən gənc qızlar arasında taekvondoçumuz Humay Dadaşova (46 kq) bütün rəqiblərini üstələyərək qızıl medal əldə etmişdi.
Oxşar xəbərlər
Avropa çempionatı: Azərbaycan güləşçiləri günü 2 bürünc medalla başa vurublar
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşdə uduzub. BAKU.WS "Repo...