Azərbaycanda keçiriləcək III MDB Oyunlarına 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir
Azərbaycanda keçiriləcək III MDB Oyunlarında 5500-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin milli mətbuat katibi Arzu Hüseynova III MDB Oyunlarına həsr olunan mətbuat konfransında deyib.
O, turnirin açılış və bağlanış mərasiminin Gəncə şəhər stadionunda, uyğun olaraq, sentyabrın 28-də və oktyabrın 8-də baş tutacağını söyləyib.
Qeyd edək ki, III MDB Oyunları sentyabrın 28-dən oktyabrın 8-dək Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərində keçiriləcək.
İdmanın 23 növü üzrə yarışların təşkili planlaşdırılır. Turnirdə iştirak etmək üçün təkcə MDB-dən deyil, bir sıra digər ölkələrdən də idmançıların dəvət ediləcəyi gözlənilir.
Oxşar xəbərlər
Qurban Qurbanov narazı qalmışdı - AFFA hakimlərin səs yazısını yaydı
AFFA Misli Premyer Liqasının 25-ci turunda baş tutan "Kəpəz"-"Qarabağ" oyununda mübahisəli penalti epizodu ilə bağlı həmin matçın hakimlərinin səs yazısını yayı...