Azərbaycan yığmsının rəqibləri bəlli olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri bəlli olub.
BAKU.WS Apasport-a istinadən xəbər verir ki, Canni de Byazinin yetirmələrinin rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşib.
Millimiz sayca üçüncü olacaq 2022/23 mövsümündə C liqasında mübarizə aparacaq. Püşkün nəticəsinə əsasən yığmamız 3-cü qrupunda yer alıb.
Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq. Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil olunacaq.
Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.
Qeyd edək ki, yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək. Lakin bunun detalları çempionatın əsasnaməsi təsdiqləndikdən sonra bəlli olacaq.
Oxşar xəbərlər
"Neftçi"nin Avropa Liqasındakı potensial rəqibi bəlli oldu
UEFA Avropa Liqasında (AL) III təsnifat mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada Az...