Azərbaycan yığmasından imtina edən Səmədov karyerasını bitirdi

30
iyl
2019
16:07
Rusiya millisinin keçmiş üzvü, Azərbaycan əsilli futbolçusu Aleksandr Səmədov karyerasını başa vurub.BAKU.WS xəbər verir ki, 35 yaşlı futbolçu bu barədə “Instagram” hesabından məlumat verib. Səmədov karyerası ərzində ona dəstək olan ailəsinə, dostlarına, məşqçilərə, komanda yoldaşlarına və azarkeşlərə təşəkkürünü bildirib. Qeyd edək ki, ötən mövsüm Rusiyanın “Krılya Sovetov” komandasının formasını geyinən Səmədov Azərbaycan millisinə gəlməkdən imtina edib.Bakıda keçirilən UEFA Avropa Liqasının final matçının səfiri olan Səmədov 2011 – 2018-ci illər aralığında Rusiya millisinin heyətində 53 oyuna 7 qol vurub. O, bir müddət əvvəl karyerasını Azərbaycanda davam etdirmək ehtimalının olduğunu açıqlamışdı.

Oxşar xəbərlər
Azərbaycan millisinin futbolçusu "Dinamo"da debüt edib
Rusiya Premyer Liqasında 2019/20 mövsümünə start verilib.BAKU.WS-in məlumatına görə, çempionatın açılış günündə bir matç keçirilib.Azərbaycan milli komandasının...