Faiq Qarayev karyerasını başa vurub
11
okt
2018
20:17
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, 59 yaşlı mütəxəssis səhhətində yaranan ciddi problemlə əlaqədar olaraq, məşqçilik karyerasını da başa vurub.O, fəaliyyətini AVF-in I vitse-prezidenti kimi davam etdirəcək.F.Qarayevlə yanaşı, voleybolçu Natalya Məmmədova millidəki karyerasını başa vurub.Qeyd edək ki, bu gün Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında çıxışını başa vurub. II mərhələdə F qrupunda sonuncu yeri tutan yığma növbəti raunda vəsiqə qazana bilməyib.BAKU.WS
Oxşar xəbərlər
Faiq Qarayevin Yaponiyada halı pisləşdi
Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.BAKU.WS oxu.az-a istinadla x...