Faiq Qarayevin Yaponiyada halı pisləşdi
08
okt
2018
08:38
Qadın voleybolu üzrə millimizin baş məşqçisi Faiq Qarayevin Yaponiyada keçirilən dünya çempionatı zamanı səhhətində problem yaranıb.BAKU.WS oxu.az-a istinadla xəbər verir ki, təcrübəli mütəxəssisin İtaliyaya 0:3 uduzduqları görüşün gedişində halı pisləşib və o, arenanı tərk etməyə məhkum olub. Onu oyunda köməkçisi əvəzləyib.Əldə etdiyimiz son məlumata görə, o hazırda həkim nəzarəti altındadır. Faiq Qarayevin millimizi Çinlə bugünkü oyuna çıxarıb-çıxarmayacağı dəqiq bilinmir.Qeyd edək ki, Faiq Qarayev eyni zamanda Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidentidir.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan millisi dünya çempionatına məğlubiyyətlə başladı
Azərbaycanın qadınlardan ibarət voleybol komandası Yaponiyada keçirilən dünya çempionatında mübarizəyə başlayıb.BAKU.WS bildirir ki, dünya çempionatı Yaponiyanı...