Tanınmış futbolçu 33 yaşında karyerasını başa vurub
12
okt
2018
20:54
Yunanıstan milli komandasının sabiq futbolçusu Georgios Samaras karyerasını başa vurub."Report" xəbər verir ki, bu barədə Şotlandiyanın "Seltik" klubu rəsmi "Twitter" hesabından paylaşım edib.Qeyd edək ki, Georgios Samaras 2006-ci ildən 2014-cü ilə qədər Yunanıstan yığmasının formasını geyinib. O, karyerası ərzində "Seltik"lə yanaşı, Hollandiyanın "Herenven", İngiltərənin "Mançester Siti" və "Vest Bromviç", İspaniyanın "Saraqosa" və Türkiyənin "Samsunspor" klublarının şərəfini qoruyub. BAKU.WS
Oxşar xəbərlər
Faiq Qarayev karyerasını başa vurub
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Faiq Qarayev postundan istefa verib.Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) Mətbuat...