Azərbaycan millisinin futbolçusu "Dinamo"da debüt edib
12
iyl
2019
23:27
Rusiya Premyer Liqasında 2019/20 mövsümünə start verilib.BAKU.WS-in məlumatına görə, çempionatın açılış günündə bir matç keçirilib.Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu “Dinamo” səfərdə Tulanın “Arsenal” klubu ilə görüşüb. Bu yay “Krilya Sovetov”dan paytaxt klubuna keçən təmsilçimiz start heyətində meydana çıxıb.“Dinamo”da debüt edən hücumçu Azərbaycanın ən titullu klubu “Neftçi”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi ilə matçda 88 dəqiqə meydanda olub. Oyunun əvvəlində hesabı açan “Dinamo” üstünlüyünü son dəqiqələrdə əldən verib – 1:1. Qonaqların heyətində Migel Kardoso, meydan sahiblərində Gia Qriqalava fərqlənib.
Oxşar xəbərlər
“Səbail” öz meydanında məğlub oldu - YENİLƏNİB
Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Səbail” Rumıniyanın “Universitatya Krayova” klubu ilə qarşılaşıb.BAKU.WS xəbər verir ki, Bak...