Zabit Səmədov karyerasını başa vurur - VİDEO

03
dek
2018
21:46
Azərbaycanın məşhur K-1 döyüşçüsü Zabit Səmədov karyerasını başa vurmaq üzrədir. BAKU.WS-in məlumatına görə, "Mauqli" ləqəbli idmançı bu haqda "Беларусь 5" (Belarus 5) kanalına müsahibəsində deyib. Jurnalistin "Karyeranızı niyə başa vurursunuz?" sualını Zabit Səmədov belə cavablandırıb: "Mən bu günə kimi çox döyüşlər keçirmişəm və artıq həyatımda başqa maraqlar yaranıb. Tezliklə Azərbaycanda şəxsi klubumu açacağam. Orada döyüşçülər yetişəcək. Mən isə klubumun meneceri olacağam və başqa işlərlə məşğul olacağam. Bundan sonra bir, uzağı iki görüş keçirib karyerama son qoyacağam". Hüseyn MəmmədsalahovBAKU.WS

Oxşar xəbərlər
Zabit Səmədov növbəti döyüşə hazırlaşır
Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov növbəti döyüşə çıxacaq.BAKU.WS xəbər verir ki, həmyerlimizin...