Azərbaycan Qran-prisində "Formula-1" rekordu qeydə alınıb
20
sen
2025
19:44
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin təsnifat mərhələsində çempionatın rekordu müəyyənləşib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tarixdə ilk dəfə sıralama sessiyası altı dəfə qırmızı bayraqlarla dayandırılıb.
Qırmızı bayraqlar Aleks Albon, Niko Hülkenberq, Franko Kolapinto, Oliver Berman, Şarl Lekler və Oskar Piastrinin iştirak etdiyi ardıcıl qəzalardan sonra görünüb.
Xatırladaq ki, dördqat dünya çempionu, "Red Bull" komandasının pilotu Maks Ferstappen Bakıda təsnifat mərhələsinin qalibi olub.
Oxşar xəbərlər
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib
Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti matçını keçirib. BAKU.WS report-a istinadən xəbər verir ki, Famil Xəlilovu...