Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu müəyyənləşdi - SİYAHI

Azərbaycan Premyer Liqasının ən bahalı futbolçusu müəyyənləşdi - SİYAHI
Si̇yahı
İdman 61

"Transfermarkt" portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərlərini yeniləyib.

Yeni qiymətləndirmələrə əsasən, ölkə çempionatının ən dəyərli futbolçusu yenə də "Qarabağ"ın braziliyalı yarımmüdafiəçisi Leandro Andrade olub. Onun bazar dəyəri 500 min avro artaraq 3,5 milyon avroya yüksəlib.

BAKU.WS-in məlumatına görə, ən dəyərli futbolçular siyahısında ikinci və üçüncü yerləri müvafiq olaraq Tımoteuş Puxaç və Mateuş Koxalski bölüşürlər. Hər iki oyunçunun bazar dəyəri 2,5 milyon avro olaraq qiymətləndirilib. Puxaçın dəyəri 1 milyon avro, Kochalskinin isə 300 min avro artıb.

İlk "beşlik"də yer alan digər futbolçular Kamilo Duran və İvan Lepintsa olub. Hər iki oyunçunun bazar dəyəri 2 milyon avroya çatıb.

Qeyd edək ki, ən böyük artım məhz "Qarabağ"ın hücumçusu Kamilo Durana məxsusdur. Kolumbiyalı forvardın bazar dəyəri 1,2 milyon avro yüksələrək 2 milyon avroya çatıb.

Ən çox dəyər itirən futbolçu isə "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borges olub. Braziliyalının bazar dəyəri 500 min avro azalaraq 2 milyon avroya düşüb.

Ən dəyərli futbolçular (yeni bazar dəyəri):

Leandro Andrade – 3,5 milyon avro

Tımoteuş Puxaç – 2,5 milyon avro

Mateuş Koxalski – 2,5 milyon avro

Kamilo Duran – 2 milyon avro

İvan Lepintsa – 2 milyon avro

Elvin Cəfərquliyev – 2 milyon avro

Pedro Bikalyo – 2 milyon avro

Toral Bayramov – 2 milyon avro

Kadi Borges – 2 milyon avro

İmad Faraj – 1,5 milyon avro.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər