Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb

Azərbaycan Kubokunun 1/8 final mərhələsi başa çatıb
İdman 33

Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, raundun sonuncu matçında "Sabah" "Kəpəz"i qəbul edib.

Qarşılaşma paytaxt klubunun 3:0 hesablı qələbəsi ilə bitib. Komanda növbəti raundda "Neftçi" ilə üz-üzə gələcək.

Qeyd edək ki, günün birinci oyununda "Keşlə" "Qaradağ Lökbatan"ı 2:1 hesabı ilə üstələyib. İlk oyun günündə "Səbail" səfərdə "Zaqatala"nı 3:1, "Qəbələ" isə MOİK-i 2:1 hesabı ilə məğlub edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər