Azərbaycan kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində çıxış edən 37 yaşlı idmançı Türkiyənin İstanbul şəhərində təşkil olunan "Akın Fight Arena" turnirində qüvvəsini sınayıb.
ABŞ təmsilçisi Omar Moreno ilə qarşılaşan Abdullayev rəqibinə qalib gələrək öz çəkisində çempionluq kubokuna sahib çıxıb.
Görüşdən sonra təəssüratlarını bölüşən kikboksçu döyüşün təşkilatçılarına və onu dəstəkləmək üçün zala gələnlərə minnətdarlığını bildirib: "Çox yoruldum. Yaş öz sözünü deyir. Bu cür döyüşlərdə təcrübə rol oynayır".
Oxşar xəbərlər
Bu gün Hacı Əliyevin doğum günüdür!
Bu gün sərbəst güləş üzrə Azərbaycanın yeganə dördqat dünya çempionu, Rio Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu Hacı Əliyevin 32 yaşı tamam o...