Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib - YENİLƏNİB - FOTO

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib - YENİLƏNİB - FOTO
İdman 322

Gürcüstanı təmsil edən Azərbaycan kikboksçusu Emil Xəlilov döyüşünü qələbə ilə başa vurub.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 64,5 kq çəki dərəcəsində çıxış edən Xəlilov Nuri Kacarı (Türkiyə) nokauta salıb. Hər iki idmançıya medal verilib. Azərbaycan idmançısı təmsil etdiyi Gürcüstanın bayrağı ilə dövrə vurub.

Bundan başqa, yeganə qadın döyüşündə Niderland təmsilçisi Nikita Kosterman (65 kq) qalib gəlib. O da türkiyəli Kübra Aksoyu məğlub edib.

***20:51

Azərbaycan kikboksçusu Məhəbbət Hümbətov Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 70 kq-da çıxış edən Azərbaycan idmançısı "Qladiator" ləqəbli İhab Lahlunu (Mərakeş) məğlub edib.

Digər azərbaycanlı kikboksçu Cabbar Mustafayev (67 kq) isə İrakli Cquşiaya (Gürcüstan) uduzub.

***19:47

Azərbaycan kikboksçusu Zabit Səmədovun vida döyüş gecəsinə start verilib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən və Almaniyanın "Mix Fight Championship" təşkilatının təşkil etdiyi döyüş gecəsində ilk olaraq rinqə 72,5 kq çəki dərəcəsində kikboksçular çıxıb.

Kristian Baya (Niderland) 3 raundun yekununda Seyfulla Xambaxadovdan (Rusiya) üstün olub.

Qeyd edək ki, Zabit Səmədov vida döyüş gecəsində braziliyalı sabiq UFC döyüşçüsü, "Yekəayaq" ləqəbli Antonio Silva ilə qarşılaşacaq. Bu döyüşün təxminən saat 23:00-da başlayacağı gözlənilir.

Daha bir azərbaycanlı kikboksçu Zabit Səmədovun vida döyüş gecəsində qalib gəlib - YENİLƏNİB - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər