Zabit Səmədovun vida döyüş gecəsində Azərbaycanın digər məşhur idmançısı da çıxış edəcək

Azərbaycanlı kikboksçu Zabit Səmədovun Bakıda təşkil olunacaq vida döyüş gecəsində daha bir tanınmış sima yer alacaq.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Ukrayna vətəndaşlığı olan Azərbaycan əsilli kikboksçu Alim Nəbiyev də Qarışıq Döyüş Çempionatı (Mix Fight Championship) turnirində döyüşəcək. Onun rəqibi Rumıniyadan olan Andrey Ostrovanu olacaq.
Bundan başqa, Bakıdakı yarışda döyüşəcək heyətdə dəyişiklik olunub. Vlad Tuynov (Rusiya) turnirdən çıxdığından, onu 72,5 kq çəki dərəcəsində keçiriləcək döyüşdə həmyerlisi Seyfulla Xambaxadov (Rusiya) əvəzləyib. Kosovo əsilli Almaniya idmançısı Besmir Helşani isə təsnifat döyüşünə dəvət alıb.
65 kq. Nikita Kostermann (Niderland) – Polina Laminskaya (Belarus)
4 nəfərlik təsnifat turniri. Besmir Helşani (Almaniya) – Andrey Kedveş (Xorvatiya)
4 nəfərlik təsnifat turniri. Ruslan Nağıyev (Azərbaycan) – Dmitri Filonçik (Belarus)
72,5 kq. Seyfulla Xambaxadov (Rusiya) – Stoyan Koprivlenski (Bolqarıstan)
77 kq. Alim Nəbiyev (Azərbaycan) – Andrey Ostrovanu (Rumıniya)
+100 kq. Kirill Buler (Almaniya) – Buğra Ərdoğan (Türkiyə)
Zabit Səmədov (Azərbaycan) – Antonio Silva (Braziliya)
Qeyd edək ki, sentyabrın 10-da keçiriləcək bu yarış Milli Gimnastika Arenasında baş tutacaq.
Oxşar xəbərlər
Teymur Rəcəbov: "Azərbaycanın şərəfini qorumaqdan heç vaxt imtina etmərəm"
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çennay şəhərində keçiriləcək 44-cü Ümumdünya Şahmat Olimpiadasında iştirak etməməsinə aydınlıq gətirib. BAKU.WS qrossmeyste...