Azərbaycan güləşçisi Avropa çempionu olub
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib.
Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub.
Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.
Oxşar xəbərlər
Tahir Abdullayev UFC-də ikinci qələbəsini qazanıb
Azərbaycanlı MMA döyüşçüsü Tahir Abdullayev UFC-də növbəti uğuruna imza atıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Qətərin paytaxtı Dohada keçirilən UFC...