Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal qazandı
27
avq
2025
20:07
Azərbaycanın yeniyetmə cüdoçusu Anar Quliyev (50 kq) Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.
BAKU.WS xəbər verir ki, o, üçüncü yer uğrunda qarşılaşmada yerli idmançı Svetelin Martinovu məğlub edib.
Məhəmmədəli Hüsiyev (55 kq) də bu gün bürünc medal uğrunda görüşə çıxacaq.
Xədicə Abdullayeva və Gülşən Hüseynova (hər ikisi 44 kq) əvvəlcə 1/4 finalda, ardınca təsəlliverici dueldə məğlub olublar.
Rza Xəlilli (50 kq) və Rəsul Əlizadə (55 kq) isə 1/16 finalda mübarizəni dayandırıblar.
Oxşar xəbərlər
Sergen Yalçın Türkiyə millisinin sükanı arxasına keçdi
Türkiyə milli futbol komandasının yeni baş məşqçisi Sergen Yalçın olub. BAKU.WS xəbər verir ki, 53 yaşlı mütəxəssislə 4 illik müqavilə üzrə razılıq əldə edilib....