Azərbaycan boksçusu Əli Baxışov Avropa çempionatının finalına vəsiqə qazanıb
21
avq
2026
12:25
Azərbaycan boksçusu Əli Baxışov Serbiyanın Loznitsa şəhərində keçirilən U-19 Avropa çempionatında finala vəsiqə qazanıb.
BAKU.WS Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda Türkiyə təmsilçisi Furkan Avara 3:2 (28:29, 30:27, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gəlib.
O, qızıl medal uğrunda döyüşdə İtaliya idmançısı Daniele Fabi ilə üz-üzə gələcək.
Yarımfinalda İrlandiya təmsilçisi Ellen Coysa uduzan Banuçiçək Nəsirli (48 kq) isə Avropa çempionatının bürünc medalına sahib olub.
Oxşar xəbərlər
Ronaldudan Portuqaliya millisi ilə bağlı MÜHÜM AÇIQLAMA
41 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldu sentyabrın 27-də UEFA Millətlər Liqasında Norveç yığmasına qarşı matçda baş məşqçi Jorji Jezuşun onu meydana b...