Ayxan Abbasov: "Milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, bölgədə də keçirmək istəyirik"
Futbol üzrə Azərbaycan milli komandası ev oyunlarını təkcə Bakıda yox, digər bölgə və şəhərlərdə də keçirmək istəyir.
BAKU.WS xəbər verir ki, bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis Azərbaycan və Litva milli komandaları arasında baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanının dəyişdirilməsinə münasibət bildirib:
"Bildiyiniz kimi, Litva ilə oyunun yerinin dəyişdirilməsi stadion amili ilə bağlı deyil. Rəqib komandanın bu məsələdə razılığı olmadığı üçün məkan dəyişdi. Biz istəyirik ki, milli komanda olaraq oyunlarımızı tək Bakıda yox, digər bölgə və şəhərlərdə də keçirək. Düşünürəm ki, yaxın gələcəkdə digər matçları bölgədə oynayacağıq. İndi sözügedən qarşılaşma Bakıda təşkil olunacaq. Bu, təbii ki, bizim üçün problem olmamalıdır. Nəzərə alsaq ki, biz hər zaman ev görüşlərimizi paytaxtda keçiririk. Ona görə hər şeyin yaxşı olacağına inanıram".
Qeyd edək ki, Azərbaycan - Litva oyununun oktyabrın 4-də Gəncə stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin daha sonra görüşün Bakıda təşkil olunması qərara alınıb.
Oxşar xəbərlər
Renat Dadaşovun yeni klubu məlum oldu
Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun yeni komandası bəlli olub. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu Ukraynanın "Bukovina" k...